Bizimsesimiz.info // İstanbulda 6 yaşlı oğlan ağır yük maşınının təkəri altında qalsa da, Allahın lütfü sayəsində sağ qalıb.

Moderator.az Türk mediasına istinadla xəbər verir ki, möcüzə nəticəsində uşaq yüngül yaralanıb.

Esentepə məhəlləsi, Arpaçay küçəsində velosiped sürən 6 yaşlı Əbdürrəhman Yusif müvazinətini itirərək yaxınlıqdan keçən ağır yük maşınının altına girib. Ətrafdakıların reaksiyasını görən sürücü maşını dayandırıb. Yük maşının təkərinin oxunun havada olması səbəbiylə təkər ilə yer arasında qalan uşaq yüngül yaralanıb.

Əbdürrəhmanın xilas edilməsi üçün səfərbər olan vətəndaşlar yanğınsöndürmə və təcili tibbi yardım xidmətlərinə xəbər veriblər. Hadisə yerinə gələn yanğınsöndürmə briqadası uşağı təkərin altından xilas edib.

Əbdürrəhmanın vəziyyətinin yaxşı olduğu bildirilir. Onun ziyarətinə gələnlər bunu “Allahın möcüzəsi” kimi dəyərləndirirlər.


BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here