Allahı unudanlara…
Hüzur və xoşbəxtliyi verən Allahdır:
Hüzurun Allahdan olduğunu unudunca çox pulumuz, gözəl evlərimiz, bahalı maşınlarımız, lyuks mebellərimiz olarsa, xoşbəxt ola biləcəyimizi zənn etdik. Halbuki, Allah: “Güldürən də odur, ağladan da odur” (Nəcm surəsi,43.ayət məalı) buyuraraq hüzurun da, xoşbəxtliyin də sahibinin özü olduğunu bildirmişdi…
*
Ruzini verən Allahdır:
Ruzinin Allahdan olduğunu unudunca haramlara, yanlışlara, haqsızlıqlara və adalətsizliklərə qarşı səs çıxararsaq ruzimizi itirəcəyimizi zənn etdik. Halbuki, Allah: “Yer üzündə heç bir canlı yoxdur ki, ruzisi Allaha aid olmasın” (Hud surəsi,6.ayət məalı) buyuraraq ruzinin sahibinin özü olduğunu bildirmişdi…
*
Dünyalıqlarımızı təqsim edən,bölüşdürən Allahdır:
Dünyalıq nemətləri bölüşdürənin,təqsim edənin Allah olduğunu unudunca bu bölgüdən payımıza düşənləri və əldə etdiyimiz qazanclarımızı itirməyək deyə əyildikcə əyildik, büküldükcə büküldük, haqdan döndükcə döndük: Halbuki, Allah: “Dünya həyatında onların dolanışıqlarını biz bölüşdürdük/təqsim etdik” (Zühruf surəsi ,23.ayət) buyuraraq dünyalıq nemətlərin insanlar arasında bölgüsünün də özünə aid olduğunu bildirmişdi…
*
Şəfa və sağlamlıq verən Allahdır:
Şəfanın və sağlamlığın Allahdan olduğunu unudunca səbəbləri şişirtdikcə şişirtdik, vəsilələri böyütdükcə böyütdük ən sonda əlimizdə nə sarılacaq bir vəsilə nə də tutunacaq bir səbəb qaldı. Halbuki,Allah: “Xəstələndiyində şəfa verən odur” (Şuəra surəsi, 80.ayət məalı) buyuraraq şəfanı verənin də özü olduğunu bildirmişdi…
*
Övlad nemətini verən Allahdır:
Övladlarımızı verənin də ,alanın da, xeyirli bir övlad edənin də Allah olduğunu unudunca imanlarından daha çox diplomlarına, namazlarından daha çox məmur olmalarına,vəzifə,nüfuz,ünvan sahibi olmalarına,maddi yöndən yüksəlmələrinə, axirətlərindən daha çox dünyalarına önəm verər olduq. Halbuki, Allah: “(Dilədiyinə) Qız övladları verər, dilədiyinə oğul övladlar.Dilədiyinə də həm oğlan həm də qız övladlar verər. Dilədiyinə də heç birindən verməz, qısır buraxar” (Şura surəsi , 49/50.ayət məalı) buyuraraq övladlarımızın, onların həyatlarının, ruzilərinin və əcəllərinin sahibinin də özü olduğunu bildirmişdi…
*
Başımıza gələcək olanları bilən və müəyyənləşdirən Allahdır:
Xeyir və şərin Allahdan olduğunu unudunca pulumuzun, gücümüzün, məqamımızın, təhlükəsizlik kameralarımızın, mühafizə sistemli yaşayış komplekslərimizin bizi şərlərdən qoruyacağını və xeyirlər gətirəcəyini zənn etdik. Halbuki, Allah: “Allah sənə bir zərər toxunduracaq olsa, onu (Allahdan) başqa kimsə əngəlləyə bilməz. Sənə bir xeyir toxunduracaq olsa (kim əngəlləyə bilər). O hər şeyə qadirdir” (Ənam surəsi,17.ayət məalı) buyuraraq verdiyi xeyrə heç kimin əngəl ola bilməyəcəyini, şəri də kimsənin əngəlləyə bilməyəcəyini bildirmişdi…
*
Məqam, mövqe, izzət ,nüfuz və etibar verən Allahdır:
Məqam və nüfuzun, izzət və etibarın Allahdan olduğunu unudunca kiçik bir məqam,mövqe sahibi olmaq üçün aşındırmadığımız qapı,qarşısında əyilmədiyimiz vəzifəli şəxs buraxmadıq. Hər sözə başlayarkən təyinatımızın altında imzası olanların adını hallandıraraq,haram halal demədən imzalayaraq, “Bəli, əfəndim!” deyərək bu kreslolarda daha uzun qalacağımızı zənn etdik. Halbuki, Allah: “Ey mülkün sahibi olan ,Allahım! Dilədiyinə mülk verər, dilədiyindən mülkü alarsan. Dilədiyini izzətli,şərəfli qılar, dilədiyini zəlil edərsən. Xeyir sənin əlindədir, şübhəsiz ki, sən hər şeyə qadirsən” (Ali İmran surəsi,26.ayət məalı) buyuraraq mülkü də, məqamları da, stolları da, izzəti də, etibarı da verənin özü olduğunu bildirmişdi…
*
Uğur və qalibiyyəti verən Allahdır:
Uğurun Allahdan olduğunu unudunca insanların qəlblərini və lütflərini,təriflərini qazanaraq uğur qazanacağımızı zənn etdik. Sözlərimizi və hərəkətlərimizi dəyişdirərsək insanlara xoş görünə biləcəyimizi zənn etdik. Halbuki, Allah: “Onların qəlblərini qaynaşdıran da Allahdır. Sən dünyadakı hər şeyi versəydin də onların qəlblərini qaynaşdıra bilməzdin” (Ənfal surəsi,63.ayət məalı) buyuraraq qəlbləri qazanmağın yolunun da özünq razı etməkdən keçdiyini bildirmişdi…
*
Zəfəri verən Allahdır:
Zəfərin Allahdan olduğunu unudunca yenilmələrin,məğlubiyyətlərin say azlığından, mediada yer ala bilməməkdən, hər kəsə xitab edə bilməməkdən, maddi imkansızlıqlardan olduğunu zənn etdik. Fikrimizi zəfər qazanmağa o qədər yönəltdik ki, əsl vəzifələrimizi- təbliğ, dəvət, təhsil istişarə və nizam-intizamı ehmal etdik.
Halbuki,Allah: “Qalibiyyətim,uğurum ancaq Allahdandır” (Hud surəsi,88.ayət məalı), “Zəfər və yardım hökm və hikmət sahibi Allahdandır” (Ali İmran surəsi,126.ayət məalı) buyuraraq zəfərin, uğurun,qələbənin və yardımın da onu razı etməyə bağlı olduğunu bildirmişdi…
*
O halda öncə Rəbbimizi razı edək, öncə Rəbbimizə yönələk, öncə Rəbbimizdən istəyək. Çünki, Allaha deyil də sırf özünə ağlına, gücünə, elminə,biliyinə, çoxluq və qələbəliyinə, məqamına və sərvətinə,mal-mülkünə güvənənlər, nəyə güvənirlərsə sonunda onun əlinə,ümidinə tərk edilir,Allaha möhtac olurlar.
Müəllif: Əbdüləziz KIRANŞAL
“Milli Gazete” yazarı
Tərcümə etdi:Əsmər Nurəliyeva
buy cialis cheap In this study, we provide compelling genetic evidence using lineage tracing analysis that vascular lesions contain an abundance of S100ОІ cells that originate from a non SMC perivascular S100ОІ parent population in support of other studies demonstrating a stem cell origin for lesional cells 46 48
cialis gentamicin mometasone clotrimazole The Cosmopolitan magazines of this world have been running half baked surveys on this for years and years, said Turnbull priligy dapoxetine Increasing vaginal progesterone gel supplementation after frozen- thawed embryo transfer significantly increases the delivery rate
saw palmetto increases toxicity of meloxicam by unspecified interaction mechanism how can i buy priligy in usa These findings suggest that LRRC8A may play a role in physiological release of gliotransmitters, and mediate pathological glutamate release in the CNS disorders associated with cellular swelling
Your article helped me a lot, is there any more related content? Thanks!
I am an investor of gate io, I have consulted a lot of information, I hope to upgrade my investment strategy with a new model. Your article creation ideas have given me a lot of inspiration, but I still have some doubts. I wonder if you can help me? Thanks.
priligy farmacias del ahorro If anything, I see Canon being one of the leaders moving away from the consumer sector