Bizimsesimiz.info // Allahın dörd böyük mələyini bir çoxları yaxşı tanıyırlar: Cəbrayil (ə), Mikayil (ə), İsrafil (ə) və Əzrayil (ə). Ancaq Allahın başqa mələkləri də vardır ki, onlar haqqında çox az eşitmişik. Onları tanımağa çalışaq.

Cərmil. Mələklərdən biridir ki, vəzifəsi insan həyatında müsbət dəyişiklikləri həyata keçirtməkdir. Cərmil insanların hisslərinə təsir qoyar və nəticədə insan başqalarını rahatlıqla bağışlaya və əfv edə bilər. Cərmilin adı Allahın rəhmət adından götürülmüşdür. (Beytutə saytı)

Hanil. Allah Təala bu mələyi dünyada qadınların məsələlərini həll etmək üçün vəzifələndirmişdir. Hanil həmişə qadınlar və qızlarla birlikdə olur. O zaman ki, qadın dünyaya övlad gətirir, Hanil ona yardım edir.

İsmayil. Bu mələk peyğəmbərlərdən birinin adını daşıyır. Hədislərdə oxuyuruq ki, bu mələk səmada qərar tutur və nə zaman bəndə 7 dəfə desə: “Ya Ərhəmər-Rahimin!”, İsmayil ona cavab verər ki, Allah Ərhəmər Rahimindir və səsini eşitmişdir, indi hacət istəmək zamanıdır.

Zəhlil. Bu mələyi Allah, Peyğəmbərin (s) qəbrinin kənarında yerləşdirmişdir. Onun vəzifəsi budur ki, hər kim Peyğəmbərə (s) salam və salavat verərsə, o da bu salamların və salavatların cavabını versin.

Şəmul. Allahın bu mələyi insan nigaran və iztirab keçirən zaman yanında olar və vəzifəsi budur ki, dünyada insanlar arasında sülh və mehribanlıq yaratsın. Şəmulun adının mənası yəni o kəsdir ki, “Allahı görə bilir”.

Aril. Bu mələk insanlara maddi həyatda yardım edir. Onlara əmin-amanlıq və qazanc əldə etməkdə kömək edir. Bu mələyin adının mənası “Allahın şiri” deməkdir.

Rahil. Behişt mələklərindən biridir ki, bəlağətdə heç kəs ona tay ola bilməz. Bu mələk Allah tərəfindən vəzifələndirilmişdi ki, İmam Əli (ə) ilə Həzrət Fatimənin (s.ə) əqd xütbəsini oxusun. Deyilir ki, o, həmin gündə elə bir xütbə oxumuşdu ki, indiyə qədər heç kəs o cür xütbə oxumamışdı.

Cufil. Bu mələyin vəzifəsi insan həyatında olan nəzmsizlikləri və mənfi vəziyyətləri aradan aparmaqdır.

Raqul. Bu mələk Allahın dostudur və vəzifəsi insanlar arasında rabitə yaratmaqdır. Bu mələk insanlar arasındakı rabitədə həmahənglik yaradır və anlaşılmamazlıqları aradan aparır.

/Deyerler.org/

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here