Alman jurnalist qadın xoşbəxtliyini Türkiyənin kəndində tapdı

Bizimsesimiz.info  // Türkiyənin Ədirnə şəhərinin Avarız kəndinin alman sakini kənd camaatı ilə qısa müddətdə qaynayıb-qarışaraq, onlardan biri olub.

Türkiyənin bir neçə şəhərində yaşadıqdan sonra Ədirnənin Avarız kəndinə köçən almaniyalı Cornelia Arbaoui bağçasında meyvə və tərəvəazlər əkir, arıçılıqla məşğul olaraq bal əldə edir.

Saxladığı heyvanlara da baxan Arbaoui ata minir, rəsm çəkir, kənd qəhvəxanasına gedərək burada həm internetə girir, həm də kənd sakinləri ilə söhbət edir.

Arbaoui uzun illər Almaniyada yaşadıqdan sonra Türkiyəyə gəldiyindən, İstanbulda bir müddət işlədikdən sonra  şəhər həyatından sıxılaraq fərqli yaşam axtarışında olduğundan bəhs etdi.

Almaniyada jurnalist  işlədiyini, xəbərlərdə çıxan və dünyada yaşanan problemləri oxumaqdan bezdiyini bildirən Arbaoui Türkiyədə dinc və xoşbəxt həyat tapdığını söylədi.

Ədirnədə evləndiyi Türk həyat yoldaşı ilə Avarız kəndinə köçdüyünü danışan Arbaoui kənddə çox sakit bir həyatı olduğunu vurğulayaraq:” Evliyəm, burada kiçik bir bağçamız var. Bizim zənginliyimiz dinclik və sağlam həyatdır. Kəndlilərlə aramız çox yaxşıdır, onlar da bizə dəstək olurlar. Torpağı çox sevirəm, çünki hər şeyi bizə havayı verir. Mən bu kənddə yaşamağı çox sevirəm” dedi.

Türk və alman mədəniyyətləri arasında körpü olmaq istəyini dilə gətirən Arbaoui Türkiyədə “Xatirələr” adlı ədəbiyyat və şeir müsabiqəsi təşkil etdiyini bildirərək: ” Bu layihə mənim üçün mədəniyyətlərarası bir körpüdür. Hər kəsin bir hekayəsi var. Bu hekayələrdən Almaniyada da bəhs etsək,  irqçiliyin, mənfi stereotiplərin aradan qalxmasına kömək edərik. Xatirələrlə sevgi körpüsü yaratmaq istəyirəm” dedi.

Sarturia Ədəbiyyat Akademiyasının  seçdiyi ən yaxşı xatirələrin antologiya şəklində çap olunmasına töhfə verəcəyini söyləyən Arbaoui insanları xatirələrini yazıb göndərməyə çağırdı.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.