Almaniya xarici işlər naziri Ziqmar Qabriel İsrailə və İordan çayının qərb sahilinə rəsmi səfər edib. FaktXeber.com-un Hürriyet-ə istinadla verdiyi məlumata görə, səfər zamanı AFR XİN rəhbəri barış müddəti və iki dövlətin problemləri  məsələsində qayğılarını ifadə edib.

Təl-Əvivdə İsrailin baş naziri Benyamin Netanyahu və Ramallahda  Fələstin Administrasiyasının rəhbəri Mahmud Abbasla görüşən Qabriel orta və uzun müddətli seçənəkləri mövzusunda narahatlığını dilə gətirib.

Konfrans zamanı  sərhəd təhlükəsizliyini təmin etməsindən sonra iki dövlətli bir həll yoluna  dəstək verdiyi üçün  İsrailin baş nazirini  təşəkkür etdiyi vaxt, Netanyahu onun sözünü kəsərək «iki dövlət» sözünə düzəliş edib.

«Hərbi nəzarətimizdə olduğu üçün (Fələstinin) bir dövlət olaraq  tanınıb-tanınmaması başqa bir mələdir. Mən etiketlərdən çox işin əsli barədə danışmağı sevirəm», – deyə o bildirib.

Almaniya XİN rəhbəri isə bu məsələnin başqa bir vaxt təkrar  gündəmə gətiriləcəyini bildirərək, çıxışına davam edib.

«İsrailin bu ixtilafda strategiyası tam olaraq nədir», sualını soruşan Almaniya XİN rəhbəri «İsrail bu ixtilaf artıq müzakirə edilmiş bir həll arayışını dəstəkləmirsə… bunu öyrənməliyik», – deyib.

O, həmçinin Fələstinin öz müqəddəratını təyin etməsinə izn verilmədiyi müddətdə İsrailin daimi işğal və münaqişənin əvəzini ödəməməyə hazır olub-olmadığını soruşub.

Qabriel həmçinin ABŞ prezidenti Dolad Tramp idarəçiliyinin  Qüdsü İsrailin paytaxtı kimi tanınması qərarını və Orta Şərqdə barış müddətində bu günə qədəor vasitəçi rolu oynayan bir dövlətin  tərəf tutmasını tənqid edib.

«Amerikalılar bu qədər açıq şəkildə  tərəf tutaraq  uğurlu  bir diplomatiya apara bilərlərmi?», – kimi suallar soruşan Qabriel, Amerikanın əksinə Avropa dövlətlərinin İsrailien ixtilafa yaxınlaşmasını yaxından izlədiyini bildirib.

Xarici İşlər naziri həmçinin Almaniyadakı yeni nəslin fələstinlilərin qarşı-qarşıya qaldığı haqsızlıqları gördüklərini və İsrailin davranışlarını  qəbul etməkdə çətinlik çəkdiklərini bildirib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here