Alman turist “Hell”dən zəhərləndi – Bakıda

Bakıya turist kimi gələn əcnəbi zəhərlənib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə mayın 30-u gecə saat 01 radələrində baş verib.
Paytaxtın Nizami küçəsi (Tarqovıy) 50 ünvanında yerləşən “Hostel”də qalan İran əsilli Almaniya vətəndaşı, 1980-cı il təvəllüdlü Kərimi Əmir Abrus oğlu həddən artıq “Hell” enerji içkisi içdiyi üçün zəhərlənib. O, Kliniki Tibii Mərkəzə yerləşdirilib. Vəziyyəti ağır olduğu üçün hələ də dindirilməsi mümkün olmayıb.

Ə.Kərimi mayın 29-da Azərbaycana gəlib.

1 COMMENTS

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir