Almaniya 25 il ərzində xarici hərbi missiyaya 21 milyard avro xərcləyib
Bizimsesimiz.info // Almaniya son 25 ildə xarici hərbi missiyası ilə bağlı hesabat açıqlayıb. “DPA” agentliyinin verdiyi məlumata əsasən, Almaniya Federativ Respublikası 25 ildə xarici hərbi missiyaya 21 milyard avro sərf edib. Hesabatda bildirilir ki, 1991-ci ildən təxminən 410 min alman hərbçi 52 xarici missiyada iştirak edib, onlardan 108 nəfəri həlak olub.// Eastnews.org