Almaniya Afrikada törətdiyi soyqırıma görə təzminat ödəyəcək – GECİKMİŞ ETİRAF…

Bizimsesimiz.info // Tarixçilər tərəfindən 20-ci əsrin ilk soyqırımlarından biri kimi qiymətləndirilən Namibiya qətliamı üçün Almaniya Namibiya hökumətindən üzr istəyib təzminat ödəməyi qəbul edib. Moderator.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Bildirək ki, Almanlar 1904-1908-ci illərdə, təqribən, 100 min afrikalını öldürüblər. Həmin dövrdə işğalçılıq siyasəti aparan Almaniya Namibiya bölgəsini tapıb, heyvandarlıqla məşğul olan yerli xalq Hererolara işgəncə verib. Minlərlə insanın zorla işlədildiyi və öldürüldüyü yerlərdə xalqı üsyana qaldıran Korneilus Frederics adlı əfsanəvi bir Nama döyüşçüsü də öldürülmüşdü.

Tarixçilər yazır ki, həmin dövrdə 60 min nəfər Namibiyadan qovulub və ya öldürülüb. İndi isə Namibiya bu soyqırımı aktını törədən Almaniyadan üzr istəyib təzminat ödəməsini tələb edir. Bir ildən çoxdur ki, aparılan müzakirələrdən sonra rəsmi Berlin üzr itəməyi və təzminat ödəməyi qəbul edib.

Almaniyanın Namibiyadakı səfiri mətbuata açıqlamasında deyib ki, işğalçılıq siyasəti aparan Belçika, Fransa və Böyük Britaniya kimi ölkələr törətdilən hadisələrə görə narahat olduqlarını bildirsələr də üzr istəməyiblər, heç bir ölkəyə də təzminat ödəməyiblər. Hətta ABŞ Prezidenti Barak Obama da atom bombası qurbanlarını anmaq üçün Xirosimaya səfərində üzr istəməmişdi. Səfir bildirib ki, Almaniyanın Afrika ölkələrində törətdiyi qətllərə görə üzr istəməsi və təzminat ödəməsi bəzi qaranlıq keçmişi olan ölkələr üçün örnəkdir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir