Almaniya İncirlik hərbi bazasından çıxır ?

Almaniya Türkiyənin İncirlik aviabazasından çıxır.

Bizimsesimiz.info Trend-ə istinadən bildirir ki, “Reuters” xəbər agentliyi bu gün Türkiyədə səfərdə olan Almaniyanın xarici işlər naziri Ziqmar Qabrielin “İncirlikdən çıxırıq” açıqlamasını paylaşıb. Lakin məsələ ilə bağlı Almaniyadan hələ rəsmi açıqlama gəlməyib.

Bu gün Z.Qabriel ilə birgə mətbuata bəyanatlarla çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib: “Bu andan etibarən İncirlik hərbi bazası deyil, Konyadakı NATO bazasına getmək mümkündür”.

Almaniya mediası Z.Qabrielin səfərini “Qabriel əliboş qayıdır” kimi şərh edib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.