Almaniya polisi 500 milyon sındırılmış parolu ələ keçirdi

Bizimsesimiz.info // Almaniyanın Cinayət Polisi İdarəsi şəbəkədə gizli məlumat bankı aşkarlayıb.

İKT.lent.az-ın Vladtime.ru-ya istinadən xəbərinə görə, orada 500 milyona yaxın parol saxlanılırmış.

Bildirilir ki, məlumat bazasındakı informasiyalar bir neçə il ərzində haker hücumları nəticəsində toplanılıb. Mütəxəssislər bu cür hücumlardan yayınmaq üçün parolları tez-tez dəyişməyi, orijinal və mürəkkəb parollar düşünməyi, müxtəlif akkauntlar üçün eyni parollardan istifadə etməməyi məsləhət görürlər.