Almaniya təyyarələri “İncirlik”dən çıxarıldı

Bizimsesimiz.info // Almaniyaya məxsus təyyarələr Türkiyənin “İncirlik” hərbi bazasından çıxarılır. Modern.az “RİA “Novosti” istinadən xəbər verir ki, hərbi bazanı öncə yanacaqdoldurma təyyarələri tərk edəcək. Növbəti mərhələdə isə “Tornado” kəşfiyyatçı-bombardmançıların bazadan çıxarılaraq İordaniyaya göndəriləcəyi planlaşdırılır. Həmçinin, təxminən 260 alman hərbçisi də “İncirlik” hərbi bazasını tərk etməlidir.

Qeyd edək ki, Türkiyə “İncirlik” aviabazasına giriş qadağasını iyunun 2-də Bundestaqın 1912-1915-ci illərdə Osmanlı imperiyasında qondarma “erməni soyqırımı”nın tanınmasına dair qətnamə qəbul etməsindən sonra tətbiq edib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir