Almaniya Türkiyədəki “Tornado” kəşfiyyat təyyarələrini İordaniyaya yerləşdirib
Bizimsesimiz.info // Almaniya Türkiyənin “İncirlik” hərbi bazasındakı hərbçilərini və “Tornado “kəşfiyyat təyyarələrini İordaniyaya yerləşdirib.
SalamNews “EAdaily”ə istinadən xəbər verir ki, bu barədə Almaniya Hərbi Hava qüvvələri komandanlığı məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Almaniyanın koalisiya əməliyyatında iştirakı çərçivəsində İordaniya bazasındakı təyyarələr yaxın günlərdə kəşfiyyat uçuşlarına başlayacaq.