Bizimsesimiz.info  // Almaniya Federal Prokurorluğundan verilən məlumatda partlayıcı maddələr istehsal edən bir şirkətdə işləyən 54 yaşlı Tomas M. ilə bir silah şirkətində şöbə müdiri işləyən 59 yaşlı Martin M.-nin dövlət sirrini yayma səbəbindən həbs  olunduğu,  bu şəxslərin evlərində axtarış aparıldığı bildirildi.

Bu iki şəxsin bir-birini tanıdığı ifadə edilən məlumatda Tomas M.-nin əlində “gizli” şifrəli Almaniya Müdafiə Nazirliyinin büdcə planı ilə bağlı layihənin bir hissəsinin əks olunduğu sənədin olduğu qeyd edildi.

Məlumatda sənədin məzmununun Almaniyanın təhlükəsizlik siyasəti baxımından əhəmiyyət kəsb etdiyi vurğulandı, Tomas M.-nin 2016-cı ildə sənədin bir surətini Martin M.-yə verdiyi ifadə edildi.

Məlumatda Martin M. və Tomas M.-nin yanvarı 26-da  həbs olunduğu bildirildi.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here