Almaniyada müsəlmanlara qarşı zorakılıq aktları artdı

Bizimsesimiz.info // Almaniyada bu ilin aprel, may və iyun ayları ərzində müsəlmanlara qarşı təşkil olunan hücumlarda 16 nəfər yaralanıb.

Bütün hücumlar ultra sağçılar tərəfindən həyata keçirilib və təcavüzkarlardan biri həbs olunub.

Polis və Konstitusiyanı Qoruma Təşkilatının sənədlərinə görə, aprel, may və iyun aylarında İslamı təşkilatlara və müsəlmanlara qarşı 192 cinayət törədilib.

Sosial mediada islamofofik məzmunlu paylaşmalarla yanaşı təhdid məktubları, hicablı qadınlara, müsəlman kişilərə hücum, mülkiyyətə zərər vermək və ev divarlarına yazılan nasist şüarları cinayət ünsürü kimi qeyd edilir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir