Almaniyada sürət qatarı relsdən çıxdı

Bizimsesimiz.info // Almaniyanın Şimali Reyn-Vestfaliya federal əyalətindəki Köln şəhərində sürətli şəhərlərarası qatar relsdən çıxıb.

Trend-in veridiyi məlumata görə, bu haqda “Koelnische Rundschau” qəzeti xəbər yayıb.

Deutsche Bahn dəmir yolu konserninin məlumatına görə, hadisə bazar günü səhər baş verib. Sürət qatarında yalnız maşinist olub, o xəsarət almayıb.

Bildirilir ki, qatarın relsdən çıxması nəticəsində dəmir yollarında hərəkət qismən dayandırılıb.