Bizimsesimiz.info // Almaniyada PKK-nın bölgə rəhbəri olan şəxsə 3 il 3 ay həbs cəzası verilib.

Axar.az xəbər verir ki, Ştuttqart Əyalət Ali Məhkəməsi 47 yaşındakı şəxsə PKK-ya üzv olmaq, təşkilata yardım və vasitəçilik etmək cinayətlərindən dolayı cəza verib.

Həmin şəxsin PKK-nın Dortumund və Düsseldorf üzrə region rəhbəri olduğu müəyyən edilib. Daha öncə isə terrorçunun Frayburq üzrə də rəhbər olduğu bildirilib.

Həbs olunan şəxsin təşkilatın təbliğatını apardığı, təşkilata yeni kadr qazandırmağa və pul təmin etməyə çalışdığı qeyd olunub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here