Almanlar millimizə futbol dərsi keçdi-0:7

Bu gün 21 yaşadək futbolçular arasında Avro-2019-un seçmə mərhələsinin növbəti oyunları keçiriləcək.
 AZXEBER.COM xəbər verir ki, 5-ci qrupda mübarizə aparan millimiz də meydana çıxacaq. Samir Ələkbərovun rəhbərlik etdiyi yığmamız Almaniyanı qəbul edib.
Qeyd edək ki, buna qədər meydana çıxdığı hər 3 oyunda uduzaraq qrup sonuncusu olan millimiz ötən ay almanlarla keçirilən ilk görüşdə 1:6 hesabı ilə məğlub olub.
Azərbaycan – Almaniya – 0:7
Qollar: Hartel, 2, 46, 58, Amiri, 14, Seydel, Klosterman, 60, Öztünalı, 84
Baş hakim: Daniyar Saxi
Baş hakimin köməkçiləri: Alibek Aubakirov, Yevgeni Belski
Dördüncü hakim: Bulat Sarıyev (hamısı Qazaxıstan)
Bakı. “Dalğa Arena” stadionu

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.