Almazbek Atambayev: ABŞ-a dünyada demokratiyanın bərqərar olması lazım deyil

“ABŞ-ın Özbəkistana hərbi texnika verməsi ilə bağlı qərarından heyrətləndim”.

Oxu.Az  “CA-NEWS”a istinadən xəbər verir ki, bunu Qırğızıstan Respublikasının prezidenti Almazbek Atambayev “Eurasia Group” analitik mərkəzi və “Time” jurnalının icmalçısı İen Bremmerə müsahibəsində bildirib.

“Mən ABŞ prezidenti Barak Obamanın pərəstişkarlarından idim. 2014-cü ildə Özbəkistanın mərhum prezidenti İslam Kərimov da belə demişdi: “Yəqin, bölgədə müharibə olacaq”. Bundan sonra ABŞ Özbəkistana əvəzsiz olaraq 328 zirehli hərbi maşın verəndə heyrətləndim.

Onda ABŞ hakimiyyəti və Dövlət Departamentinin əməli məndə təəccüb doğurdu. ABŞ-dan demokratik Qırğızıstana sərmayə və yardım  getmir, ancaq Özbəkistana hər birinin qiyməti yarım milyon dollar olan 328 zirehli texnika verilir. Bundan sonra ABŞ-ın o vaxtkı dövlət katibi Con Kerri Qırğız Respublikasına səfər etmişdi. Mən ondan soruşdum: belə olan halda, siz demokratiya ilə bağlı ucadan necə danışa bilirsiniz? Mən 6 ildir prezidentəm. ABŞ xalqı deyil, hakimiyyəti tərəfindən həmişə belə münasibət görmüşəm. ABŞ-a gəldikdə isə, biz başa düşdük ki, onlara neft, təbii qaz və özlərinə lazım olan başqa maraqlar daha vacibdir. ABŞ-a dünyada demokratiyanın bərqərar olması lazım deyil. Barak Obama məni məyus etdi. İndiki prezident isə yalnız ABŞ-ın işləri ilə məşğul olacağını deyir”, – o vurğulayıb.

1 COMMENTS

  1. com 20 E2 AD 90 20Cuanto 20Tiempo 20Tarda 20En 20Hacer 20Efecto 20El 20Viagra 20De 20100 20Mg 20 20Uk 20Viagra 20Online uk viagra online The idea of a roadmap setting out steps towards the deeper integration of the euro zone came about in early 2012, when the debt crisis was at its peak and there were legitimate fears that Greece could be forced out of the currency union, or that the whole European project could disintegrate ask propecia Depletion of either FOXM1 or ABCC5 decreases drug efflux and increases cell death induced by paclitaxel 148

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir