Alyaskada Şimali Koreya həyəcanı: “Nüvə hücumuna hazır olun”

Bizimsesimiz.info  // ABŞ-ın Alyaska ştatında Fövqəladə Vəziyyət Planlaşdırma Komitəsinin üzvü Ceremi Zidek bölgə əhalisini Şimali Koreyanın nüvə hücumuna hazırlıqlı olmağa çağırıb.

ABŞ mediasının xəbərinə əsasən, Zidek, tövsiyələrinin insanların digər fəlakətlər üçün apardığı hazırlıqla eyni olduğunu qeyd edərək, “Nüvə hücumu zamanı təxliyə üçün vaxt qalmaya bilər, buna görə ən yaxşı məsləhət gizlənmək və hücumun sonunu gözləməkdir”, – deyib.

Zidek radiasiyaya qarşı dərman və su ehtiyatı yığmağı, fənər və radio cihazlarını hazır vəziyyətə gətirməyi tövsiyə edib.

Xatırladaq ki, Alyaskada Şimali Koreya və İran raketlərinin qarşısını almaq üçün ötən həftələrdə raket yerləşdirilməsi başa çatmışdı. //eastnews.org

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.