Amerika helikopterləri İraqda İŞİD komandirlərini belə qaçırırlar- VİDEO
Bizimsesimiz.info // Xəbər verdiyimiz kimi İraq ordusu və müqavimət qüvvələri İŞİD terrorçularının işğalında olan Təlafər şəhərinin azad olunması əməliyyatlarına başlayıb. Bir neçə gündür hava əməliyyatları keçirilir. Eastnews.org-un verdiyi xəbərə görə, İraq mediası dünən Təlafərdən maraqlı görüntü yayımlayıb. Görüntülərdə Amerika helikopterlərinin Təlafər səmasında uçduğu görsənir. İraq mediası iddia edib ki, Mosul əməliyyatlarında olduğu kimi Təlafər əməliyyatlarında da Amerika İŞİD terrorçularının öndə gələn komandirlərini xilas edir.