Türk və hindu dillərinin kök yaxınlığı haqda bəzi qeydlər

Amerikan hinduları ilə türklərin kök birliyi haqda zaman-zaman bir-birinə yaxın və bir-birindən fərqli mülahizələr, hipotezlər irəli sürülüb. Amerikanın qırmızıdərili yerli sakinlərinin mənşəyi elmi və qeyri-elmi fikri uzun illər məşğul edib. Bəs xalqların bir-biri ilə doğma və yad münasibətləri hansı müstəvidə çözülməlidir. Zira bu iki etnosun birbaşa əlaqə və vəhdətini təsdiq edən rəsmi, tutarlı və elmi dəlillər yoxdur.

Amma… ortada maraqlı hipoteza və fikirlər də yox deyildir. Hesab edirəm ki, bu məsələdə dil faktoru önəmli rol oynaya bilər. Amerikan alimlərinin Miçiqan Universitetində apardığı tədqiqatlara görə müasir hindular bu qitəyə “Berinq körpüsü” vasitəsilə gəliblər. Adı çəkilən ərazi vaxtilə Amerika və Asiya arasında geniş bir dəhliz olub. 12 min il əvvəl həmin “körpü” yox olub. Hazırda həmin ərazidə Berinq körfəzi yerləşir. Bu miqrasiya uzun bir zaman ərzində davam edib. Təxminən 20-25 min əvvəl indiki hinduların ulu babaları Altaydan köç edərək Amerikada məskunlaşıblar.

Əksər alimlər müasir hinduların türk kökənli olduğunu irəli sürür. Elə hindu tayfalarının dilindəki bir çox türk sözləri də deyilənlərə illüstrasiya ola bilər.

Gəlin, həmin sözləri qarşılıqlı şəkildə (hindu və türk dilləri əsasında) nəzərdən keçirək.

Vakan – kaqan, xan

Tanı – tanımaiçi-içmək

Kapsun – qapmaq, dişləmək

Kan – qan

Mi – mən

Baha – baba

İke – iki.

Mövcud sahənin görkəmli tədqiqatçısı avropalı O.Reriqin və rus alimi Y. Knorozovun mülahizələri ilə tanışlıq da diqqəti özünə çəkir. Gəlin, yenə mövcud leksemlərlə paralel şəkildə tanış olaq.

Yaş – gənc

Yaşel – yaşıl, cavan

İç – daxil, iç

oş (uş) – üç

kuç – güc

kol – qol

çab – çap, kəs, doğra

ax(çı) – ov(çu)

koş -quş

aak – ağ

çul – su

tur – dur, dayan

imi – döş

imu – əmmək (döş)

çalan – ilan

ooç – aş

ba – balıq

akan – ağa

al – oğul.

Orientalist alim S.Vikavder Altay ailəsinə mənsub olan dillərlə mayya hindularının dili arasında paralellər görür. Yenə bəzi sözləri müqayisəli şəkildə nəzərdən keçirək.

Bet – bitmək

Bllim – bilik

Vox – boş

Qanlı – qanlı

Yaklel – yandırmaq

Tas – daşımaq

Boya – boya, rəng.

Uruqvay alimi B.Ferrario mayya qrupuna daxil olan keçuaların dili ilə türk dili arasında oxşarlıq olduğunu irəli sürməklə yanaşı, söz köklərinin yaxınlığını da qeyd edir. Bəzi leksemləri nəzərdən keçirmək pis olmazdı.

Kok – göy, səma

Vaqe – dayı

Tata – ata

Misi – pişik

Ari – arıq

Qo – qovmaq

Kasa – qaç(an).

Fransalı orientalist G.Dümezel də hər iki dil arasında oxşarlığı qeyd edərək müqayisələr gətirir. Buyurun, tanış olaq:

Caqla – saqqal

Tuqu – tökmək

Tavqa – dağ, dağ-daş

Qarvin – mədə, qarın

Cunqa – son(da), axır.

Hesab edirəm ki, gətirilən misallar hindu və türk dilllərinin kök və mənşə yaxınlığı barədə düşünməyə, tədqiqatlar, axtarışlar aparmağa imkan verə bilər.

axar.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here