Amerika Miyanma ordusuna çağırış edib
Bizimsesimiz.info // Amerika Birləşmiş Ştatları dövlət katibi Rex Tillerson, Myanma Ordusu Baş qərargah rəisi Min Aung Hlaingə çağırış edib ki Arakanlılara istiqamətli zorakılığa son qoyulsun.
Dövlət departamentinin sözçüsü Heather Nauertın məlumatına görə dövlət katibi Tillerson ilə Hlaing arasında telefon danışığı olub.
Tillerson danışıq zamanı Myanmada davam edən humanitar böhrana diqqət çəkərək: “Myanma təhlükəsizlik qüvvələri hökumətə dəstək verərək arakan bölgəsindəki şiddət hadisələrinə son qoyulmalıdır. Arakanlılar başda olmaqla evlərini tərk etmək məcburiyyətində qalan insanların evlərinə geri qayıda bilmələri üçün lazımlı tədbirlər həyata keçirilməlidir. Onlar hümanitar yardım imkanları ilə təmin edilməlidilər. Mətbuat mənsublarının bölgəyə daxil olmaları BMT ilə əməkdaşlıq çərçivəsində insan hüquqları pozuntuları və şiddət iddialarının araşdırılmasına icazə verilməlidir.