“Amerika röyası” ləğv olunur: Greencard lotereyasının sonu gəldi?
Əgər bu il Azərbaycandan müraciət edənlərin sayı 10 nəfər artsa…
Hər il 50.000-dən çox əcnəbiyə ABŞ-da yaşamaq imkanı Greencard lotoreya proqramı ləğv oluna bilər. Bununla bağlı ABŞ prezidenti D.Trump 2 Avqustdakı açıqlamasında deyib. ABŞ prezidenti nitqində ABŞ-a miqrasiya ilə bağlı RAISE-ACT Proqramının qüvvədə olacağını, insanların təsadüfi formada seçildiyi Greencard lotoreyasının isə artıq qüvvədə olmayacağını qeyd edib.
Musavat.com greencard.az saytının məlumatlarına əsasən xəbər verir ki, ABŞ-a Greencard proqramı vasitəsilə illik 300-500 ətrafında Azərbaycanlı yollanır. Proqram lotoreya formasında keçirilir və orta hesabla müraciət edən hər 100 şəxsdən bir nəfər qalib gəlir. Məsələn, əgər hər il 300-500 nəfər Azərbaycanlı Greencard qalibi olursa, deməli müraciət edənlərin sayı təxminən 30.000-50.000 arası olur. Ümumiyyətlə, bu proqrama nə qədər çox adam müraciət edərsə, qazananların sayı da bir o qədər çox olar.
Ölkəmiz üzrə kvota illik 3500-dür, lakin müraciət sayının azlığına əsasən Greencard qazanan şəxslərin sayı 300-500 nəfər aralığındadır. Yəni, daha çox adam müraciət etməlidir ki, qalib gələnlərin sayı da çox olsun. İlkin məsləhət odur ki, özü müraciət edən şəxslər yaxın dostları, ailə üzvləri və ya yaxın qohumlarının müraciət etmələrinə kömək etsinlər. Ən azı ona görə ki, onlardan biri qalib gəlib Amerikada yaşayarsa, növbəti illərdə onların köməyi ilə yaxınlarının da Amerikaya gedib yaşama şansı olur.
Əgər bu il proqrama Azərbaycandan müraciət edənlərin sayı 10 dəfə artarsa növbəti il təxminən 3000 nəfər Greencard qazanmış şəxs görə bilərik. Bu rəqəm isə son 10 ildə Greencard qazanmış şəxslərin sayından daha çoxdur. Və burda yaddan çıxarılmayacaq bir məqam da var. Belə ki, sizin dostlarınız və ya doğmalarınızın müraciəti sizin qalib gəlmənizə hər hansı əngəl törətmir, əksinə onların ABŞ-da olması sizin də sonradan ABŞ-a yollanmanıza şərait yaradacaqr.
Sevinc, musavat.com