Bizimsesimiz.info // Rusiya və ABŞ iyulun 9-u, Dəməşq vaxtı ilə saat 12:00-dan etibarən Suriyanın cənubunda atəşkəs rejiminə dair razılığa gəliblər.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Hamburqda bəyan edib.
“Deraa və Əl-Kuneytra zonalarında yerli vaxtla saat 12:00-dan etibarən atəşkəs rejimi tətbiq ediləcək. ABŞ orada olan qruplaşmalar tərəfindən atəşkəs rejiminə əməl edilməsinin öhdəliyini öz üzərinə götürüb”, deyə S.Lavrov bildirib.
Qeyd edək ki, bu gün Almaniyanın Hamburq şəhərində, G-20 zirvə toplantısı çərçivəsində ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında görüş keçirilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here