Amerikalı diplomatların Körfəz ölkələrinə səfəri başlayıb

Bizimsesimiz.info // Küveyt xarici işlər nazirinin müavini Halid əl Carallah Körfəz böhranını həll etmək üçün ölkədə səfərdə olan amerikalı rəsmilərlə görüşüb.

Küveyt xəbər agentliyi “KUNA”nın məlumatına əsasən Carallah ABŞ dövlət katibinin müavin vəkili Timothy Lender və təqaüdçü general Anthony Zinni ilə bir araya gəlib.

Görüşdə Körfəz böhranının həlli ilə əlaqəli atılan addımlarla yanaşı iki ölkə arasındakı dostluq əlaqələri, regional və beynəlxalq sahədəki son vəziyyət müzakirə olunub.

Lenderking və Zinni görüşdə rəsmi Waspihgtonun Küveytin davam etdirdiyi vasitəçilik fəaliyyətlərinə dəstəyini vurğulayıb.

ABŞ Dövlət Depertamentindən adının açıqlanmasını istəməyən rəsmilərdən biri Qədər və dörd Körfəz ölkəsi arasında yaşanan böhranı həll etmək üçün bölgəyə yüksək səviyyəli iki rəsmi göndərdiklərini bildirib.

Yayılan məlumata əsasən, təqaüdçü general zinni və Lenderking tərəflərlə əlaqə saxlamaq və Küveyt hökumətinin vasitəçilik fəaliyyətlərinə dəstək olmaq məqsədi ilə bu həftə Körfəz bölgəsinə səfər edib.

Qeyd edək ki, Körfəzdəki böhran Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Misir və Bəhreynin 5 iyunda Qətər ilə bütün diplomatik əlaqələrini kəsdiklərini elan etməsindən sonra baş vermişdi.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir