Bizimsesimiz.info // ABŞ prezidenti Donald Tampın iqlim dəyişikliyi haqqında Paris sazişindən çıxdığını elan etməsi gözlənilməyən nəticələrə səbəb olub. Hava şəraitinin daha da pisləşəcəyindən narahat olan milyonçu amerikalılar xüsusi sığınacaqların tikilməsi ilə maraqlanırlar. Son zamanlar nüvə partlayışından tutmuş təbiət hadisəsi ilə əlaqədar hər hansı ola biləcək faciələrdan qorunmaq üçün milyonçu amerikalılar müxtəlif hazırlıqlar görürlər. 

Bu hazırlıqlardan biri də təhlükəsiz yerlərdən torpaqların alınmasıdır. Hesab edilir ki, ABŞ-nin mərkəzi hissəsi qiyamətdən sonrakı dövrdə yaşamaq üçün ideal yerdir. Buranı ideal sığınacaq yeri edən isə mülayim iqlim və okeanlardan uzaq olmasıdır. Bu da ərazini daşqınlardan, sunamidən sığortalayır. Amerikanın mərkəzində yerləşən ştatlar Kolorado, Montana, Nebraska, Nyu-Meksika, Şimali Dakota, Texas və Vayominqdir. “Forbs”un verdiyi məlumata görə, bu ştatlarda amerikalı milyonçulara məxsus sığınacaqlar tikilib.

Məşhur investor və LinkedIn-nin həmtəsisçisi Reyd Hoffman “The New Yorker” -ə müsahibəsində bildirib ki, Silikon vadisindən 50% milyarderdən çoxu “qiyamətdən sığortalanmaq” üçün yeraltı bunkerlər tikdiriblər.

“Forbs”un əməkdaşıi Cim Dobsonun sözlərinə görə, hətta bir çox milyarderin istənilən anda sığınacağa doğru uçuşa hazır şəxsi təyyarəsi mövcuddur. Bunkerlerin içində isə avtomobillər, motosikletlər, silahlar və avtonom elektrik enerjisi generatoru da var.

Lakin “Forbs” qeyd edir ki, heç bir milyarder indiyə kimi mərkəzi ştatlarda qiyamətə hazırlıq məqsədilə torpaq aldığını açıqlamayıb.

Con Meloun hazırda ABŞ-ın ən böyük torpaq sahiblərindən biri sayılır. O, sərvətini kabel və kommunikasiya texnologiyası biznesi ilə məşğul olmaqla qazanıb. Onun sahib olduğu torpaqların sayı təxminən 9 000 kv.km – dən artıqdır. Bu da iki dəfə Delaver ştatından, 151 dəfə isə Manhetten adasından böyükdür. 2011-ci ildə o, “Forbs”a bildirmişdi ki, torpaq almaq sıradan investisiya olub. O, öz ərazisində balıq tutmağı, hərdənbir quş ovlamağı da xoşladığını qeyd edib.

Mediamaqnat Ted Terner Kolorado, Kanzas, Montana, Nebraska, Nyu-Meksika və Cənubi Dakotada 8 000 kv.km ərazinin sahibidir. O, Meloundan sonra sahib olduğu torpaqların sayına görə ikincidir. ABŞ-da böyük torpaq ərazilərinə məxsus digər milyarderlər Amazon onlayn riteylerin sahibi Ceff Bezos, Amerika futbol liqasının həmtəsisçisi Filip Anşutsini də misal göstərmək olar.

Böyük torpaqlara sahib digər qeyr-adi sahibkarlardan biri Devid Holldur. O, mormon mühəndisidir və Vermontda aqrar məqsədlər üçün torpaqlar alır. Onun məqsədi din xadimi Jozef Smitin qaydaları ilə yaşayacaq əhalinin sıx yaşadığı məskunlaşmağa nail olmaqdır.

Şirkətlər hazırda heç bir torpaq alqı-satqısını boş buraxmır və orta sinif üçün dəyəri 3 milyon dollardan başlayan qiymətlərlə yeraltı sığınacaqlar tikir. Bu evlər elə dizayn edilir ki, nüvə silahından belə qoruyur. Bundan əlavə, içərisində avtomobil, su və ərzaq deposu belə var.

Dallasa yaxın 1600 sakinin yaşaya biləcəyi 400 yeraltı çoxmənzilli evlər tikilir. Mənzillərin dəyəri 300 milyon dollardan başlayır. Layihənin adı “Trident Lakes”-dir. Sahibləri layihəni tam hərbi hazırlıqda beş ulduzlu kurort yeri adlandırırlar. 3 kv.km-lik ərazidə nəinki evlər, həm də qolf sahələri, SPA mərkəzi, hovuzlar, qaçış zolaqları, mağazalar və restoranlar da var.

“The Houston Chronicle” –nın verdiyi məlumata görə, məskunlaşma 2018-ci ildə başlaya bilər.

Çox güman ki, bu evlərin sərbəst satışı olmayacaq. Şirkət hələ ki, evlərin bir qismini dəvət ilə, digər qismini isə saytda yerləşdirilən xüsusi anketi dolduranlara satacaq. // Musavat.com

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here