Amerikalılar Bəşər Əsədin hərbi təyyarəsini vurdu

Bizimsesmiz.info // Birləşmiş Ştatların rəhbərlik etdiyi koalisiya qüvvələri Rəqqa əyalətində Suriya Hərbi Hava Qüvvələrinə məxsus təyyarəni vurub.

Bu barədə Suriya ordusunun bəyanatına istinadən “Reuters” məlumat yayıb.

İnsident iyunun 18-i günorta baş verib. Təyyarə partlayıb, pilot isə itkin düşüb. // virtualaz.org