Şamaxı  rayonu ,Dağ Bağırlı kənd sakini Abdurreyimova Pərvizə Qədir qızı  anadangəlmə ürək  qüsurlu oğlunun  xaricdə müalicəsi üçün kömək istəyir.Onun müraciətini təqdim edirik:

“Mən Abdurreyimova Pərvizə Qədir qızı Şamaxı  rayonu, Dağ Bağırlı kənd sakiniyəm.

Mənim oğlum-Cabar Abdurreyimov  Faiq oğlu (2000-ci il təvəllüdlü) anadangəlmə ağır ürək qüsurundan əziyyət çəkir, I qrup əlilldir . Maddi vəziyyətimiz ağır olsa da övladımı çətinliklə  Azərbaycanda bir çox xəstəxanalara aparıb müayinə etmişik, amma xeyri olmayıb.

Oğlum yataq xəstəsidir,yeriyə bilmir, adicə stəkanı belə  müstəqil götürməyə gücü yoxdur.

Cabarın ürəyində 5 dənə deşik var,ürəyə gedən damarları genişlənib,əlləri -ayaqları əsir.

Normalda ürəkdə 2 mədəcik olur,onun isə ürəyində  anadangəlmə bir mədəcik var.

10 gündür  ki, vəziyyəti  bir az da pisləşib. Zəifləmə artıq 30-35 faiz olub.Ürək döyüntüsü 180-ə çatıb. Tez-tez boğulması olduğundan gecə də gündüz də demək olar ki, yata bilmir.

Ən son oğlumu Topçubaşov adına  Mərkəzə,”Uzmanlar” klinikasına aparmışıq. Bizə  bildirdilər ki, burada onun  müalicəsi   yoxdur,əməliyyatı  mümkün deyil.

Oğlumun xarici ölkədə müalicə olunub sağalmasına yenə  ümid var, çarə ola bilər.

Lakin onun xaricdə müalicəsi üçün maddi imkanımız yoxdur, kasıb ailəyik.

Oğlumun vəziyyəti get-gedə pisləşir.Onun yardıma ehtiacı var.

İmkanlı və xeyirxah şəxslərə müraciər edərək oğlumu yaşatmaq üçün xaricdə müalicəsinə maddi kömək  etməsini xahiş edirəm”.

Yardım etmək istəyənlər üçün:

Bank kartının fotosu:

Əlaqə telefonu  (+994) 50 791 15 23

Kart hesabı: 4169 7413 7267 4786

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here