Antarktidadan gətirilmiş Quran və orada oxunan ilk Azan – FOTOLAR

Bizimsesimiz.info // İlk dəfə Cənub qütbü ərazisini fəth etmiş Qurani-Kərim kitabının Məkkəyə aparılacağı bəlli olub.

Moderator.az-ın Tatarıstan mediasına istinadla verdiyi xəbərdə deyilir ki, söhbət 3 il öncə dünya tarixində ilk dəfə Antarktidaya aparılmış Quran nüsxəsindən gedir.

2017-ci ildə Rusiyanın Antarktidanı fəth etməsinin 100 illiyinə həsr edilmiş “Antarktida-100” ekspedisiyasının iştirakçıları müsəlmanların Müqəddəs Kitabını Antarktidaya çatdırmış və birinci dəfə bu qitədə azan oxunmuşdur.

2015-ci ildə isə həmin Quran nüsxəsi Tatarıstanın paytaxtı Kazandakı İslam mədəniyyəti muzeyinə təhvil verilmişdir. Xəbərdə qeyd edilir ki, bu, Rusiyada ilk dəfə 1787-ci ildə Sankt-Peterburqda Kazan müsəlmanları tərəfindən “azan basması” brendi ilə çap edilmiş Qurani-Kərimin surətidir.

Avqustun 17-də Kazan Kremlində sonuncu Allah Kitabının sözügedən nüsxəsinin Aleksey Leonov adına Rusiya Coğrafiya cəmiyyətinin sualtı elmi-tədqiqat dəstəsinin üzvü Rüstəm Gilmutdinova təqdim ediləcək. Və Müqəddəs Kitab onunla bərabər təntənəli şəkildə Məkkəyə yola salınacaq.

2014-cü ildə məhz bu sualtı ekspedisiyanın üzvləri sözügedən Quran nüsxəsini Antarktidadakı Rusiyaya məxsus “Bellinshauzen” qütb stansiyasına çatdırmışdı.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir