“APA Holdinq” fəaliyyətini tam dayandırdı
Azərbaycanın tanınmış xəbər agentliyi “APA Holdinq” MMC fəaliyyətini dayandırıb.
Bu haqda “APA Holdinq” MMC-nin rəhbəri Vüsalə Mahirqızı açıqlama verib.
Qeyd edək ki, bir müddət əvvəl APA agentliyi fəaliyyətini gözlənilmədən dayandırmışdı. Buna səbəb Azərbaycan prezidenti İlham Əliyevin çıxışının agentlikdə ciddi təhriflə yayımlanması göstərilirdi. Mövzu ilə bağlı o zaman açıqlama verən V. Mahirqızı belə bir qərarın özləri tərəfindən verildiyini bildirmişdi.
“APA Holdinq”in tərkibində Lent.Az, Kulis.Az, APA TV və APA informasiya agentlikləri fəaliyyət göstərirdi.