ABŞ-ın “Apple” korporasiyası Britaniya hüquq mühafizə orqanlarına Londonda baş verən iki terror hadisəsinin araşdırılmasında kömək edir.

İKT.lent.az-ın məlumatına görə, bunu “Bloomberg”ə şirkətin rəhbəri Tim Kuk bildirib.

O qeyd edib ki,  şirkət polislərə “Apple” cihazlarından olan məlumatları təqdim edir ki, tədqiqata kömək olsun. Bu prosesin detallarını Kuk açıqlamaqdan imtina edib. Ancaq qeyd edib ki, əgər Britaniya tərəfi qanunla müəyyən edilmiş bütün prosedurları yerinə yetirirsə, “Appl” şirkəti ona bütün lazımi məlumatları ötürür.

Tim Kuk əlavə edib ki, hakerlərin artan fəallığı fonunda cihazlarda məlumatların şifrələnməsi məsələsi daha da aktuallaşır. Söhbət istifadəçilərin təhlükəsizliyindən gedirsə, şirkətin mütəxəssisləri hər zaman hakerləri bir addım da olsa, qabaqlamağa çalışır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here