“Apple” şirkəti kasıblar üçün telefon istehsal edəcək

Bizimsesimiz.info // ABŞ-ın “Apple” şirkəti yeni “iPhone X” almağa pulu çatmayanlar üçün qənaətcil “iPhone SE” smartfonunun qənaətcil versiyasını tərtib edib.

Yeni smartfon daha əlçatan qiymətə çərçivəsiz “iPhone X” smartfonunun kiçildilmiş nüsxəsinə bənzəyəcək.

Qeyd edək ki, “Apple”ın yeni cihazının təqdimatından sonra bir çox istifadəçilər displeyin enindən narazı qalıblar. İnsanlar gileylənirlər ki, onu əldə tutmaq, cibdə və ya çantada daşımaq çox çətin və narahatdır.

Bununla əlaqədar olaraq “Apple” şirkəti “iPhone X”-in kiçildilmiş nüsxəsi olan “Phone SE+” yaradıb ki, onun da displeyinin diaqonalı cəmi 4,2 düym təşkil edir.

Şəbəkədə artıq gələcək smartfonun eskizləri yayılıb. Onun ön panelində “Face İD” ilə işləmək üçün 5 meqapikselllik kamera quraşdırılacaq. Arxa panelində isə 12 meqapiksellik kamera olacaq.

3 COMMENTS

  1. I loved as much as you’ll receive carried out right here. The sketch is tasteful, your authored material stylish. nonetheless, you command get got an shakiness over that you wish be delivering the following. unwell unquestionably come further formerly again since exactly the same nearly very often inside case you shield this increase.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir