Bizimsesimiz.info  // Arakan müsəlmanlarının evlərinə geri qayıdışı ilə bağlı ziddiyyətli açıqlamaların verildiyi bu günlərdə Arakanda müsəlmanlara məxsus evlərin yandırılmağa davam edildiyi ortaya çıxdı.

Etibarlı mənbələrdən verilən məlumata görə, Arakanda müsəlmanlara qarşı zorakılıq hadisələri sona çatmayıb.

Mənbələr bölgədəki zorakılıq hadisələrinin başladığı yer olan və müsəlmanların sıxlıqla yaşadığı Maungdawdakı bəzi kəndlərdə evlərin yandırıldığı barədə məlumat verir.

Banqladeş rəhbərliyi Arakan müsəlmanlarının öz torpaqlarına qayıdışı üçün tez-tez çağırışlar edirdi.

Bu çərçivədə Myanma və Banqladeş hökumətləri arasında 23 noyabrda  müqavilə imzalanmışdı.

Müqaviləyə görə, Myanmaya dönmək istəyənlər Banqladeşə keçməzdən əvvəl Myanmada yaşadıqlarına dair sənəd təqdim etmək məcburiyyətindədirlər. Lakin 1982-ci ildə vətəndaşlıq hüquqları əllərindən alınan Arakan müsəlmanlarının Myanmada qeydiyyatlarının olmaması ciddi problem yaradır.

Müqaviləyə görə, Banqladeşə keçən Arakan müsəlmanlarına bu ölkədə verilən sənədlər də Myanma hökuməti tərəfindən təsdiq olunmalıdır.

BMT-nin açıqladığı son məlumatlarda 25 avqustdan bu yana Myanmadakı zorakılıqdan qaçaraq Banqladeşə sığınan Arakan müsəlmanlarının sayı 655 min olaraq göstərilir. // trt

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here