Bizimsesimiz.info  // Myanma və Banqladeş hökumətləri arasında əldə olunan razılaşma əsasında öz vətənlərinə geri qayıtmaq üçün siyahısı verilən 8 mindən çox rohingyalı müsəlmanın 374-nün vəziyyətinin “dönüş üçün uyğun olduğu” bildirilib.

Myanma Xarici İşlər Nazirliyinin daimi katibi Myint Thu bu haqda verdiyi açıqlamada Banqladeş hökumətinin Myanmaya dönüş üçün onlara 8 mindən çox müsəlmanın adının əks olunduğu siyahı verdiyini söyləyib.

Siyahıdakı geri qayıtmaq üçün adı əks olunan 8 mindən çox müsəlmandan yalnız 374-nün “uyğun” olduğunu söyləyən Myint Thu, “Biz Banqladeşə 374 nəfərin siyahısı verdik. Bu, onların torpaqlarına qayıtmaları üçün ilk qrup ola bilər”, – deyə qeyd edib. //eastnews.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here