Araqla müalicə zəhərlə müalicə olunmaq kimi bir şeydir – Həkim

Soyuqdəymə, Kəskin respirator virus infeksiyaları və qrip zamanı spirtli içki içmək sağlamlıq üçün təhlükəli ola bilər.
Qaynarinfo xəbər verir ki, bunu Moskva Səhiyyə İdarəsinin baş narkoloqu Yevgeni Bryun deyib.
O izah edib ki, spirtli içkilər ürəyə əlavə stress verir və intoksikasiya yaradır. Bundan əlavə, bir çox dərman növlərinin içkilərlə eyni vaxtda qəbulu uyğun deyil.
O, araqla müalicə olunmağın zəhərlə müalicə olunmaq kimi bir şey olduğunu vurğulayıb. Bədən daha da zəifləyir və viruslara müqavimət göstərmək üçün kifayət qədər gücə malik olmur. Həkim qeyd edib ki, bədənin araqla ovxalanması da müsbət nəticə vermir, alkoqol dəri məsamələri vasitəsilə orqanizmə daxil olur. Həkimə görə, böyüklər bunu hiss etməyə bilər, ancaq uşaqlar üçün belə prosedurun həyati təhlükəsi ola bilər.
Narkoloq başqa bir xalq üsulunu da tənqid edib – boğazın ilıq pivə ilə müalicəsi. Onun fikrincə, təsir istənilən isti içki ilə eyni olacaq. Heç bir fərq yoxdursa, alkoqolun bədənə girməməsi üçün ballı süd və ya zəncəfilli çayı seçməyə dəyər.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.