Bizimsesimiz.info // BBC-nin müxbiri David Shukman hazırladığı materialda Arktika buzlarının əriməsindən bəhs edib. Məlumdur ki, Qrenlandiya dünyanın ən ucqar güşələrindəndir və burada baş verənlərin planetin hər bir bölgəsinə təsiri var.

Uzun illərdir, alimlər köhnə buz qatının yoxa çıxdığını müşahidə edir. İllər keçdikcə buz qatı nazilir, yeni yaranan buz layları isə müsbət tempraturun təsirinə məruz qalırlar. NASA alimlərinin fikrinə görə, 1989-cu ildən başlayıb, bir neçə il davam edən prosesə səbəb Arktik ossillyasiyanın dəyişikliyidir. Bu dəyişiklik Botfortun dövranını zəiflədib və Transqütb dreyf axınını gücləndirib. Bu zaman isə Arktikadan daha çox buz axına məruz qalıb. İkinci mərhələ isə 2000-ci illərdə qlobal istiləşmə səbəbi ilə başlayıb və hal-hazırda hətta köhnə buz qatları da əriməyə məruz qalıb. İtkilərin miqdarı çoxdur. Əgər 1980-ci illərdə qalın buz qatının 20 %-ni dəniz buzu təşkil edirdisə, indi bu rəqəm cəmi 3 %-dir. Əgər tendensiya bu səpkidə davam etsə, tezliklə yay aylarında Arktika buz qatından tamamilə qurtulacaq.

Alimləri, buzların gözlənildiyindən daha sürətlə əriməsi narahat edir. Bunun nəticəsində artan okean suları aşağı bölgələrdə yerləşən əraziləri basa bilər. Bəs bizim alimlər bununla bağlı nə düşünür sualı ilə yola çıxdıq və məlum oldu ki, AMEA-nın alimləri istirahətdədir. Buna görə də sualımızı ekoloq Telman Zeynalova ünvanladıq.

O, bildirdi ki, bütün bu məsələlər siyasi oyundur: “Dünyanın əsl alimlərinin fikrincə, əgər Antarktidanın buzları ərisə, Okean səviyyəsinin hündürlüyü cəmi 10 sm artacaq, bu da demək olar ki, yer kürəsinin heç bir ərazisi eləmir. Fırıldaq alimlərin fikrincə, bəzi iri şəhərlər suyun altında qalacaq. Qlobal istiləşmə, su və ərzaq qıtlığının yarana biləcəyi bir oyundur. Bu oyunu da əksər dövlət başçıları, BMT İPSS komersantlar və nəhəng korparasiyaların çirkin ekosiyasi və iqtisadi oyunlarıdır. Mən sizə şəkil göndərirəm o şəkili qazetinizdə yayın. Həmin nəhəg buzlağın ayrılması və əriməsi isə hələ sual altındadır?”

Ekoloq T.Zeynalov bu işdə mətbuatı da günahlandırdı: “Məyər bu qorxuludurmu? Bu sizin bir media nümayəndəsi kimi fikriniz olmalıdır. Milləti qorxutmaq lazım deyil. Onsuz da camaatımızın yaşayış tərzi aşağıdır. Belə məqalələr cap olunmaqla onları qorxutsaq, hamı keçirtdiyi riskdən, stresdən və şokdan xəstəliklərə məruz qala bilər, bununla bir balaca ehtiyatlı olun.” (musavat.com)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here