Artıq Rumıniya və Bolqarıstan vətəndaşları Kanadaya vizasız gedə biləcəklər

Bizimsesimiz.info // Kanada Rumıniya və Bolqarıstan vətəndaşlarına viza rejimini ləğv etdi.

Kanada Vətəndaşlıq və Miqrasiya Nazirliyindən verilən məlumatda iki ölkənin yüksək səviyyəli nümayəndə heyətlərinin 2014-cü ildə başlayan viza tətbiqinin ləğvinə dair danışıqlarının yekunlaşdığı bildirildi.

Məlumatda Kanada hökumətinin hər iki ölkə və Avropa İttifaqı ilə olan əlaqlərinə əhəmiyyət verdiyi ifadə olunur, Rumıniya və Bolqarıstan vətəndaşlarının Kanadaya vizasız səfərlərinin dünən səhərdən etibarən başladığı qeyd olunur.

Yeni qərara əsasən, Rumıniya və Bolqarıstan vətəndaşları altı aya qədər qısa müddətli qalma, ailə və dost səfərləri,  turizm məqsədli səfərlər üçün Kanadaya vizasız giriş edə biləcəklər.

İki ölkə vətəndaşları bir Kanada hava limanından başqa ölkəyə tranzit keçid etmək üçün səfərlərindən əvvəl elektron səfər sənədi almalıdırlar.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.