AŞPA-ya müvəqqəti sədr seçilib

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müvəqqəti sədri şeçilib, Oxu.Az xəbər verir.

AŞPA-nın payız sessiyasının açılışında gizli səsvermə yolu ilə Stella Kiriakides (Kipr) müvəqqəti sədr vəzifəsinə seçilib.

Gizli səsvermə zamanı Stella Kiriakides 132, Emanuelis Zinqerisdir (Litva) isə 88 səs toplayıb.

O, 2018-ci il yanvar ayının 8-dək bu vəzifəni icra edəcək.

Xatırladaq ki, Pedro Aqramuntun istefasından sonra AŞPA-nın prezidenti vəzifəsinə iki namizəd var idi.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir