Bizimsesimiz.info // Astanada Suriyada gərginliyin azaldılması ilə bağlı işçi qrupun 2 gün davam edəcək iclası başlayıb.

Ekspertlərin ikitərəfli görüşündən sonra bu gün danışıqlar nümayəndə heyətləri rəhbərlərinin müxtəlif formatlarda müzakirə aparması ilə davam edəcək. Danışıqların əsas mövzusu deeskalasiya zonalarının təyin olunması və 3-4 may tarixlərində keçirilmiş müzakirələrin nəticələri barədə memorandum olacaq.

“Hazırda diqqət mərkəzində deeskalasiya zonalarının necə təyin olunmasıdır. Bu olduqca çətindir. Əvvəlcə xəritələr üzərində razılıq əldə olunmalıdır. Bundan sonra ora kimin nəzarət edəcəyi və bu nəzarətin nədən ibarət olacağını təyin etməliyik. İŞİD-lə də necə rəftar edəcəyimiz çox vacibdir”, – deyə danışıqlara yaxın mənbə bildirib.

Danışıqların digər mövzusu isə Milli Barışıq üzrə Suriya komitəsinin yaradılmasıdır.

Картинки по запросу исаев леонид

Leonid Isayev

Yaxın Şərq üzrə ekspert, İqtisadiyyat İnstitutunun siyasi elmlər departamentində pedaqoq, ərəbşünas Leonid İsayev zirvə görüşü barədə Eurasia Diary-ə verdiyi müsahibədə bu danışıqların KİV-də kifayət qədər işıqlandırılmadığından dolayı təəssüf hissi keçirdiyini bildirib. Hazırda dünyada Qətər və ya ABŞ-ın siyasəti kimi daha çox müzakirə olunan hadisələr var.

“Astanada gündəmdə gərginliyin azalmasına dair Rusiya-İran-Türkiyə birgə komissiyasının hesabatı, keçən 3-4 maydakı  raundun yekununa dair memorandum durur. Görüşlər zamanı reallıqda gərginliyin azaldılmasına necə nail olunacağı müzakirə ediləcək”, – deyə ekspert bildirib.

O, həmçinin hesab edir ki, Astanadakı görüşdə gərginliyin azaldılacağı beşinci zonanın əlavə edilməsi məsələsinə də toxunulacaq. “Ola bilsin ki, tərəflər Suriyanın cənubi-şərqində gərginliyin azaldılacağı beşinci zonanın əlavə edilməsini müzakirə etsinlər”, – deyə İsayev qeyd edib.

ABŞ-ın Suriya məsələsində tutduğu mövqedən danışarkən Leonid İsayev bildirib ki, onlar strateji hədəflərini müəyyən etməlidirlər. Trampın hakimiyyətə gəlişindən sonra ABŞ siyasəti daha çox situasiyadan asılı vəziyyətə düşərək daha praqmatik və daha az uzaqgörən olub. Onlar anlayırlar ki, ordunun inkişafı terrorizmlə mübarizədən daha vacibdir. Yeni prezidentin qlobal məsələlər yönündən görünən odur ki, Suriya münaqişəsində dəyişən heç nə yoxdur. Əsəd düşmən olaraq qalır. Müxalifət dəstək verməyə davam edir.


Xatırladaq ki, Astanada Suriyaya dair danışıqların dörd raundu 23-24 yanvarda, 15-16 fevralda, 14-15 martda və 3-4 mayda keçirilib. Danışıqlar nəticəsində Suriyada hərbi əməliyyyatların dayandırılmasına dair monitorinq qrupunun durumu və zorakılığın qarşısının alınması, bu ölkənin birlik və ərazi bütövlüyünün qorunması, eləcə də münaqişənin siyasia həllinə üçün zəmanətçi dövlətlər tərəfindən Suriyada gərginliyin azaldılacağı zonalarının yaradılmasına dair memorandum imzalanıb.

Müsahibəni götürdü: Natalya Quliyeva //  Eurasia Diary 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here