“Astana görüşü Suriya münaqişəsinin siyasi yolla həllinə yardım edəcək”
Bizimsesimiz.info // Sentyabrın 14-15-də keçirilən Suriyaya dair Astana danışıqları Suriya münaqişəsinin siyasi yolla həllini tapmasına təkan verib.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir. “Türkiyə inanır ki, Suriya böhranı yalnız siyasi yolla həll oluna bilər, Suriyada siyasi həlli prosesinə ciddi dəstək göstərməkdə davam edəcək ki, Astanada görüşü buna təkan verib”, – deyə sənəddə deyilir. //eastnews.org