“Atamın məzarından torpaq götürüb ölkəni birdəfəlik tərk etdim”-tanınmış telejurnalist Almaniyaya mühacirət etdi

Tanınmış telejurnalist Tünzalə Rafiqqızı Almaniyaya mühacirət edib. AzEuroNews.com–un məlumatına görə, o, bu barədə “Facebook”dakı profilində yazaraq məlumat verib.

T.Rafiqqızı bildirib ki, ölkəni tərk etməsinə səbəb peşə fəaliyyəti ilə yanaşı azyaşlı qızının xəstə olmasıdır: “Son dövrlər baş verən proseslər, peşə fəaliyyətimə olan təzyiqlər və sonda qızım Zəhranın səhhətində yaşanan ciddi problemlər məni Almaniyaya gəlib bu hökumətdən sığınacaq istəməyə vadar etdi”.

Jurnalist bildirib ki,  doğma torpaqdan, yurd-yuvadan ayrılmaq çətin olsa da, buna məcbur olub: “Atamın məzarından torpaq götürüb ölkəni birdəfəlik tərk etdim. Allahdan özümə və mənim vəziyyətimdə olanlara səbr diləyirəm”.

Məlumat üçün bildirək ki, jurnalistika fəaliyyətinə 1995-ci ildən başlayan T.Rafiqqızı müxtəlif media sturukturlarında çalışıb. Bundan başqa Maliyyə Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında işləyib. İkinci dərəcəli dövlət qulluqçsudur. Buna baxmayaraq, jurnalistikaya marağı onu yenidən 2012-ci ildə mediaya qaytarıb. O vaxtdan ANS-də redaktor, xüsusi müxbir, yerli və xarici bürolarla iş üzrə şöbənin rəhbəri işləyib. Bir müddər “Hesab vaxtı” verilişinin aparıcı-müxbiri olub.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.