Mənsub olduğumuz Türk soyumuzun ta qədimdən bəri tarix səhifələrində qurub yaratdığı dövlətlərin necə ədalətli və nəcib şəkildə yer aldığı təkcə bizlər tərəfindən deyil başqa millətlərin nümayəndələri tərəfindən də əsrlər boyu təsdiq edilmişdir. Tarix boyu Atabəylər dövləti, Səlcuqlu dövləti, Səfəvi və Osmanlı dövlətləri və.s hakimiyyəti altında olan insanların dinlərini, dillərini, etnik fərqliliklərini rahat və səbrəst şəkildə ifadə edərək yaşadıqlarını tarixi mənbələrdən asan şəkildə öyrənib şahidi oluruq.

Ulu Tanrı Türk soyuna humanistlik, ədalət və mərhəmət hisslərini bir nemət olaraq ərmağan etmişdir.

Bu yazıda sizlərə Türkiyə Cumhuriyyətinin qurucusu Böyük Öndər Mustafa Kamal ATATÜRKÜN 1915-ci ildə Çanaqqala zəfərindən sonra Türk torpaqlarına vuruşmağa gətirilən və müharibədə öldürülən Avstraliyalı Anzak əsgərlərinin analarına yazdığı məktub haqqında danışmaq istəyirəm.

Öncəliklə bu anzakların haqqında qısaca bilgi vermək yerinə düşər. I Dünya müharibəsində Osmanlıya qarşı savaşan Britaniya imperatorluğu ordusunun sıralarında Avstraliya və Yeni Zelandiyalı gənclərdən ibarət olan hərbi birliyin qısaca adına ANZAK (İngiliscə: Australian and New Zealand Army Corps, qısaca ANZAC) deyilirdi. On minlərlə Avstraliyalı və Yeni Zelandiyalı gənc-Anzak 15 min kilometrlik yolu 3 aya başa vurararq Gelibolu yarımadasına gəlmiş və Çanaqqalada Türklərə qarşı vuruşmuşdur. Ətdən divar hörərək vətən torpağını düşmana verməyən Türkün tarixinə şanlı zəfər günü kimi düşən ÇANAQQALA savaşında Avstraliya 26 min, Yeni zelandiya 7500 əsgərini itirir. 1915-ci ilin 24 aprelini 25 aprelə bağlayan gecə anzaklar ağ bayraq çəkib məğlub olduqlarını elan edirlər. Bu məğlubiyyət anzaklar üçün faciə olduğu qədər tarixi bir dərs də olmuşdur. Türklərə qarşı bir daha müharibə etməyin və türkdən vətən torpağını qoparmağın nə qədər çətin, nə qədər mümkünsüz olduğunu anladılar.

Bu uzun illər sonra 1934-cü ildə Çanaqqala qəhrəmanı Mustafa Kamal ATATÜRK, türk torpaqlarında ölən anzak əsgərlərinin analarına məktub yazır və anzak analarından cavab məktubu da alır. O məktubların mətnini olduğu kimi sizlərə təqdim etmək istəyirəm.

“Bu məmləkətin torpaqlarında qanlarını tökən qəhrəmanlar! Burada dost bir vətən torpağındasınız. Hüzur və sükunət içində yatınız. Sizlər, Mehmetçiklərlə yan-yana, qoyun-qoyunasınız. Uzaq diyarlardan övladlarını hərbə göndərən analar! Gözyaşlarınızı dindiriniz. Övladlarınız bizim bağrımızdadır. Hüzur və sükunət içində rahat uyuyacaqlar. Onlar bu torpaqlarda canlarını verdikdən sonra, artıq bizim övladlarımız olmuşdurlar.”-Atatürk, 1934.

Bu məktuba anzak analarından cavab gecikmir və Atatürkə belə bir cavab məktubu yazırlar: “Gelibolu torpaqlarında itirdiyimiz övladlarımızın ağrısını alicənab sözlərini xəfiflətdi. Gözyaşlarımız dayandı. Bir ana olaraq mənə, bir gözəl təsəlli bəxş etdi. Övladlarımızın sonsuz yuxularında hüzur içində istirahət etdiklərindən heç şübhəmiz qalmadı. Majesteləri qəbul edirlərsə bizlər də özlərinə ATA demək istəyirik. Çünkü balalarımızın məzarları başında dediyiniz sözlər kimi uca, ilahi. Övladlarımızı bir ata kimi qucaqlayan böyük ATAya bütün analar adından şükran, sevgi, sayğı ilə…”- Avstraliyalı bir ana.

Tarixdə bir bənzəri daha olmayan bu məktublaşmanı bir insan olaraq, bir türk övladı olaraq oxumaq, ondan xəbər tutmaq bizləri qürürlandırdığı qədər də tarixi bir dərs də verir.

Ömrü müharibə meydanlarında keçən, böyük düşmanları məğlub edərək adını Çingiz xan, Əmir Teymur, Makedoniyalı İskəndər kimi ömrü boyu məğlub edilməyən komandanlar sırasına yazdıran, təpədən dırnağa qədər hərbçi olan ATATÜRKÜN bu cür nəcib, humanizm, sülh və insanlıq qoxan bir məktub yazması bütün insanlığa, bəşəriyyətə örnək təşkil etmişdir. Ona görə də təsadüfi deyil ki, anadan olmasının 100-cü illiyində 1981-ci ildə sülhə və insanlığa göstərdiyi xidmətlərə görə YUNESKO tərəfindən həmin il (1981-ci il)ATATÜRK ili elna edlimişdir.

Elvin ZEYNALLI

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here