“Atletiko”nun prezidenti “Qarabağ”ı adını xatırlamadığı komanda kimi təqdim edib

İspaniyanın “Atletiko” klubunun prezidenti Enrike Serezo Çempionlar Liqasının bu gün atılacaq püşkündən gözləntilərini açıqlayıb.

“Report”un məlumatına görə, 70 yaşlı funksioner istənilən komanda ilə oynamağa hazır olduqlarını bildirib. O deyib ki, “Atletiko” ötən mövsümlə müqayisədə daha məşhur komandaları məğlub etməyə qadirdir: “Bütün komandalar vacibdir. Lakin ötən ildən təcrübəmiz var. Hətta adını belə xatırlamadığım komanda bizi hər iki oyunda batırdı. Bu il isə qalib gələ biləcəyimiz daha məşhur komandalar gözləyirik”.

Qeyd edək ki, Enrike Serezonun adını xatırlamadığı komanda “Qarabağ”dır. Azərbaycan təmsilçisi 2017-2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində “Atletiko” ilə evdə 0:0, səfərdə 1:1 hesablı heç-heçə edib. Nəticədə İspaniya klubu qrupda 3-cü yeri tutaraq, qitənin ən nüfuzlu klub turniri ilə vidalaşıb. Əvəzində “Atletiko” mübarizəni Avropa Liqasında davam etdirib və sonda qalib olub.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir