Avropa Birliyi Ermənistana 27,5 milyon avro yardım edib

Bizimsesimiz.info // 2016-ci ildə Ermənistanın dövlət büdcəsinə Avropa Birliyindən (AB) 27,5 milyon avro daxil olub.
“Yeniavaz.com”un nevs.am-istinadən verdiyi məlumata görə bu barədə mətbuata açıqlamasında Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan bildirib. Onun sözlərinə görə, bu, əsasən texniki yardım olub: “Ermənistanla Avropa Birliyi arasında aparılan danışıqlar zamanı yeni çərçivə sazişinin imzalanmasının texniki tərəfləri müzakirə edilib. Nəticədə Ermənistana bu çərçivədə 27,5 milyon avro yardım göstərilib. 2016-ci il ərzində İrəvanda Avropanın bir sıra yüksək səviyyəli nümayəndə heyətləri, o cümlədən xarici siyasət üzrə komissar, Avropa Komissiyasının sədr müavini Federika Moqerini səfərdə olub. Bu səfərlər zamanı da Ermənistana maliyyə yardımları göstərilməsi əsas müzakirə hədəflərindən biri olub. 2017-ci ilin yanvarında Ermənistan kiçik və orta biznesin rəqabət qabiliyyətinin artırılması üzrə COSME proqramının iştirakçısı olub. Bu müstəvidə də Ermənistanda kiçik və orta biznesin inkişafında yardım göstərilməsi barədə tərəfər arasında razılıq əldə edilib”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.