Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Jozep Borrel qurumun Aleksandr Lukaşenkonun inauqurasiyasını və yeni prezidentlik müddətini tanımadığını, həmçinin Belarusla münasibətlərə yenidən baxılacağını bildirib.

Bu barədə TASS məlumat yayıb.

Onun sözlərinə görə, Avropa İttifaqı 9 avqustda keçirilmiş “saxtalaşdırılmış seçkilərin nəticələrini tanımayıb”.

“Bu əsasda Aleksandr Lukaşenkonun iştirak etdiyi 23 sentyabrdakı qondarma inauqurasiya və yeni mandat kifayət qədər demokratik legitimliyə malik deyil”, – deyə J.Borrelin bəyanatında qeyd olunub.

Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. Seçkidən sonra ölkədə nəticələrin saxtalaşdırılmasına qarşı kütləvi etiraz aksiyaları keçirilib. Müxalif namizədlərə aid bütün seçki qərargahları seçki nəticələrini tanımadığını açıqlayıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here