Avropa İttifaqından ayrılmaq İngiltərəyə milyonlarla dollara başa gələcək

Bizimsesimiz.info // İngiltərənin Baş naziri Tereza Mey ölkənin Avropa İttifaqından ayrılması (Brexit) qarşılığında 20 milyard avro ödənilməsi üçün hazırlıq gördüklərini bildirib.

“The Financial Times” qəzetinin xəbərində yazılana görə, T.Mey 22 sentyabrda İtaliyanın Florensiya şəhərində edəcəyi çıxışı zamanı bu hazırlıq barədə məlumat verəcək.

Qeyd edək ki, İngiltərə Aİ-dən ayrılacağı 29 mart 2019 tarixinə qədər müqavilələr çərçivəsində maliyyə öhdəliklərinin yerinə yetirməlidir. Mart ayında İngiltərənin BBC media qurumuna məlumat verən Avropa Komissiyasının sədri Yan Klod Yunker deyib: “Brexit (ayrılma) ölkəyə təxminən 50 milyard funt-sterlinqə başa gələcək… Birləşmiş Krallığın öhdəliklərinin nələr olduğunu dəqiq hesablamalıyıq.”

Aİ-dən ayrılmaq üçün aparılan Brexit kampaniyasının rəhbərlərindən biri olan İngiltərə Xarici İşlər naziri Boris Conson isə ötən cümə “The Daily Telegraph” qəzetində dərc etdiyi məqalədə Avropa İttifaqına ödəniş edilməməsi lazım olduğunu yazıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir