Avropa İttifaqı Suriyadan Ermənistana köçən ermənilərə 3 milyon avro ayırmaq haqda qərar verib.


Bizimsesimiz.info 
xəbər verir ki, bu, suriyalı qaçqınlar üçün nəzərdə tutulan 275 milyon avroluq yardım paketinin tərkibinə daxildir.
Qeyd edək ki, Suriya müharibəsi başlanmamışdan öncə 80 min erməni yaşayıb. Hazırda onlardan cəmi 10 mini Suriyada qalıb. Suriyadan qaçan ermənilərin 16 mini isə Ermənistana köçüb. İrəvan rejimi bu ermənilərin əksəriyyətini işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinə yerləşdirib. Bununla bağlı çoxsaylı faktlar var, həmçinin, rəsmi Bakının etiraz bəyanatından təkcə Ermənistanın yox, bütün dünyanın xəbəri var.

Lakin Avropa İttifaqının bunu bilə-bilə maliyyə yardımı ayırması düşündürücüdür. Bu qərarın Ermənistan prezidenti Serj Sarkisyanın Brüsselə səfəri ərəfəsində verilməsi də diqqət çəkir. /publka.az/

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here