Avropa Komissiyası Bill Geytsin təklifini rədd etdi
Bizimsesimiz.info // Avropa Komissiyası “Microsoft” şirkətinin qurucusu Bill Geytsin “robotların əməyinə vergi tətbiq olunsun!” təklifini qəbul etməyib.
İKT.lent.az-ın CNBC-yə istinadən xəbərinə görə, bu barədə Avropa Komissiyasının vitse-prezidenti Andrus Ansip açıqlama verib.
Onun sözlərinə görə, bu addım Avropaya süni intellekti inkişaf etdirməkdə mane olacaq və üstünlük digər ölkələrə keçəcək.