Bu gün – sentyabrın 17-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) “Rauf Mirqədirov Azərbaycana qarşı” işi üzrə qərarını elan edib. Bu qərar tanınmış jurnalist, “Ayna-Zerkalo” qəzetinin əməkdaşı R.Mirqədirovun AİHM-in icraatında olan iki şikayətindən birincisi üzrədir. Bu iş jurnalistin Türkiyədə saxlaınılması, Azərbaycana gətirilməsi, həbs olunması ilə bağlı idi.

AİHM hesab edib ki, jurnalistə münasibətdə Avropa Konvensiyasının 5-ci (Azadlıq və toxunulmazlıq – “əsaslı şübhə”nin mövcud olmaması, məhkəmə qərarı olmadan həbsdə saxlanılma, azadlıq hüququna müdaxilənin əsaslandırılmaması), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ – təqsirsizlik prezumpsiyası) və 8-ci (şəxsi həyatın toxunulmazlığı) maddələrinin pozuntusuna yol verilib.

Qərara əsasən, hökumət R.Mirqədirova 20 min avro təzminat ödəməlidir. Jurnalist hazırda Avropada mühacirətdədir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here