Axıska Türklərinin son karvanı Ukraynadan Türkiyəyə gətirildi

Bizimsesimiz.info // Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi və baş nazir Binəli Yıldırımın koordinasiyası ilə Ukraynadan Türkiyəyə gətirilən Axıska Türklərinin son karvanının ikinci qrupu Ərzincana çatdı.

Türk Hava Yollarına aid təyyarə ilə Ərzincan hava limanına gələn 165 axıskalı şəhər rəsmiləri tərəfindən çiçəklərlə qarşılandı.

Ümumdünya Axıska Türkləri Birliyinin baş katibi Fuad Uçar Ukraynanın problemli bölgəsində yaşayan Axıska Türkü ailələlərinin iki  təyyarə ilə Ərzincanın Üzümlü rayonunun Bayırbağ kəndinə göndərildiyini söylədi.

Təxminən 2 min 600 Axıska Türkünün kəndə yerləşdirildiyini qeyd edən Uçar:”2 ilə yaxın davam edən köçürmə işləri qəzasız-bəlasız başa çatdı” dedi.

Axıska Türkləri də vətənlərinə qovuşduqları üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana və baş nazir Binəli Yıldırıma təşəkkür etdilər.

Axıska Türkləri 25 dekabr 2015-ci ildən etibarən Ukraynadan Türkiyəyə gətirilərək Ərzincanın Üzümlü rayonuna yerləşdirilirlər.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.